Bu əlamətlər işinizi dəyişməyin vaxtı çatdığına işarədir | Banco.az

Bu əlamətlər işinizi dəyişməyin vaxtı çatdığına işarədir

Hər işin öz çətinliyi var. Lakin bəzi əlamətlər artıq işi dəyişməyin vaxtı çatdığını göstərir. Ən sevimli və maraqlı işdə də vaxt-vaxt fors-major hallar, rəhbərlik və ya həmkarlarla konfliktlər baş verə bilir. Ancaq əsəbləriniz tarıma çəkilsə də işdən çıxmaq haqqında ərizə yazmazdan əvvəl qısa bir fasilə verin, bir neçə dəfə dərindən nəfəs alın və verin. Daha sonra vəziyyəti obyektiv təhlil edin. Əgər aşağıda sadalananların ən az yarısı sizi təsvir edirsə, bu barədə ciddi düşünməlisiniz:

Həmçinin oxu: Dəyərli işçiləri şirkətdə necə saxlamaq olar?

1. Özünüzü mühitə yad hiss edirsiniz.

İş yoldaşlarınızın əksəriyyəti ilə işgüzar ünsiyyət qura bilərsiniz, ancaq psixoloqların qeyd etdiyi kimi, "bir qrupa aid olduğunuzu" hiss etmirsiniz. Bu o deməkdir ki, başqalarının söhbətləri sizdə maraq oyatmır, hədəfləri gülünc görünür və zarafatları qətiyyən gülməli gəlmir.

2. Bacarıqlarınızdan istifadə etmirsiniz.

Yəqin ki, sadəcə mövqeyinizi və ya şirkətinizi qabaqlayırsınız. Və ya bilikləriniz və imkanlarınız elə ən əvvəldən vakansiyanın tələb etdiyindən geniş idi. Bunun fərqinə vardınızsa, irəliləməyiniz üçün real perspektivləri nəzərdən keçirin. Üfüqdə karyera yüksəlişi görünmürsə, getmək vaxtı çatıb.

3. Artıq heç nə öyrənmirsiniz.

Karyeranı inkişaf etdirmək və qurmaq üçün peşəkar tələblərə cavab vermək lazımdır. Onları özünüz yarada bilərsiniz. Bir yerdə bacarıqlarınızı təkmilləşdirmək üçün böyük səy göstərirsiniz. İşiniz isə bunu sadəcə tələb etmir. Əgər belədirsə, niyə də əziyyətlə əldə etdiyiniz bilik və bacarıqları onların layiq olduğu dəyəri görəcəyi yerlərdə tətbiq etməyəsiniz?

Həmçinin oxu: Münasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI

4. Uğurlarınız və müvəffəqiyyətsizliyinizə qarşı etinasızsınız.

Niyə məhz burada işləyirsiniz? Əgər cavabınız “Öyrəşmişəm deyə”, “Başqa iş axtarmağa həvəs var?” və ya “Məndən keçib” olarsa, deməli, motivasiyanızı itirirsiniz. Və tezliklə bunu təkcə özünüz deyil, ətrafdakılar da sezəcək.

Ən sərfəli kredit üçün müraciət et

5. Korporativ dəyərlər vecinizə deyil.

Ümumi əxlaqi prinsiplərdən və ətraf mühitə münasibətdən tutmuş ofisin dress-koduna, birlikdə tort və piroqla çay içmək adətinə kimi bir çox şey sizə lüzumsuz təfərrüat kimi gələ bilər. Əgər bu, indidən sizin ürəyinizcə deyilsə, bir gün xoşlayacağınızı gözləməyin.

6. Xroniki stress hiss edirsiniz.

"Yaxşı" stress bədənin ekstremal bir vəziyyətin öhdəsindən gəlmək və ondan qalib çıxmaq üçün bütün güclərini səfərbər etməsi deməkdir. Demək olar ki, heç vaxt normal vəziyyətlərin olmadığını görəndə isə stress ancaq "pis" olur. Xüsusilə də iş yerində.

7. Şəxsi həyatınızı tamamilə işə qurban verirsiniz.

Evə digər ailə üzvləri artıq yatanda gəlirsiniz və hələ yuxudan oyanmamış işə gedirsinizsə, aylardır, yaxınlarınızın üzünə həsrət qalmısınızsa, bir zamanlar zövq aldığınız işlərlə məşğul olmağa vaxt tapmırsınızsa, dayanın. Özünüzə sual verin: Yaşamaq üçün işləyirəmsə və həyatımı yaşaya bilmirəmsə, bu iş nəyimə gərəkdir?

Həmçinin oxu: Köhnə iş yerinə qayıtmağın üstünlüyü nədir?

8. Mütəmadi olaraq iş yükünüz artır, maaş isə olduğu kimi qalır.

Bəzən evdən işlədiyiniz təqdirdə aşağı əmək haqqı verilir və ya öhdəliklərinizi gün ərzində cəmi bir neçə saata yerinə yetirib, qalan vaxtınızı öz işlərinizə və hobbinizə həsr edirsinizsə, aşağı əmək haqqı məntiqlidir. Əgər gündə 8 saat işləyirsinizsə, onda maaş da zəhmətinizə müvafiq olmalıdır.

İş yerindən ayrılmaq yaxşı hazırlıq tələb edir. Özünüzü fiziki və mənəvi cəhətdən tamamilə tükənmə həddinə çatdırmayın. Adekvat düşünməyə gücünüz qalmalıdır. Ətraflı düşünün, peşəkar hədəflərinizi təmin edəcək bir iş axtarışına başlayın.

Nigar Umaxanlı , Finco.az