Tamara Mustafayeva, Banco.az
Qərar vermək olduqca stressli hadisədir, xüsusilə də bu qərarlar sizin gələcəyinizi formalaşdıracaqsa. Bu zaman özünüzə bir neçə bəsit sual ünvanlamaq müsbət nəticə verəcəkdir.
Ciddi bir qərar verərkən hadisələri hərtərəfli dəyərləndirmək lazımdır. Özünüzdən soruşmalı olduğunuz bu iki sual qərar vermə prosesini olduqca asanlaşdıracaqdır.
- Bu qərarın ən yaxşı nəticəsi nə ola bilər?
- Ən pis halda nə baş verə bilər?
Sizə elə gələ bilər ki, hər hansı bir işə başlamaq üçün qərar verərkən bu işin ən pis nəticələrini düşünmək düzgün deyil. Ancaq, vəziyyəti hərtərəfli təhlil etmək və yarana biləcək ən pis vəziyyəti düşünmək, hətta gözünüzdə böyütdüyünüz mərhələləri belə olduğu kimi dəyərləndirməyinizə səbəb olacaqdır.
Riskə girməkdən qorxmayın. Əldə edəcəyiniz ən pis nəticə belə artıq ona hazır olduğunuz üçün sizə çətinlik yaratmayacaq. Beləliklə geriyə baxıb atmadığınız addımlar üçün də peşmanlıq duymayacaqsınız.
Həmçinin oxu: Neçə yaşında hansı sahələrdə uğurun zirvəsinə çata bilirik?
Bizi sosial şəbəkələrdən izləyin!!