Müəllif: Tamara Mustafayeva, Banco.az
Braziliya G20-yə sədrliyi Cənubi Afrikaya təhvil verib.
Banco.az xəbər verir ki, Braziliya prezidenti Luis İnasio Lula da Silva ölkəsinin ev sahibliyi etdiyi G20 sədrliyini Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa təhvil verib.
Lula da Silva G20 Liderlər Zirvə Görüşünün bağlanış mərasimində etdiyi çıxışda Braziliyanın sammitdəki nailiyyətlərini vurğulayıb.
O, sammitdə G20 Sosial Sammitini, Çoxtərəfli İnkişaf Banklarının (BMD) gücləndirilməsi üçün yol xəritəsini, Afrika və xarici borcla bağlı edilən müzakirələri və qadınların səlahiyyətlərinin artırılması və etnik və irqi bərabərliyə diqqət yetirən Dayanıqlı İnkişaf Məqsədi (SDA) 18-in qəbulu üçün işçi qrupunun yaradılması kimi mühüm addımlar atdıqlarını bildirib.
Afrika və Latın Amerikası arasında tarixi, mədəni, siyasi və iqtisadi əlaqələrə toxunan Lula da Silva həmkarı Ramafosa uğurlar arzulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!