Cənubi Koreyanın maliyyə naziri Kim Donq-Yeon iqtisadi məzmunlu danışıqlar üçün Çinə etdiyi səfəri zamanı Blockchain-in potensialı haqda danışıb:
“Blockchain texnologiyası dünyanın pisləşməsinə və dəyişməsinə səbəb ola bilər”.
Yeon Çin Xalq Bankının sədri Zhou Xiaouçuan ilə görüşündə Çin ilə Blockchain texnologiyası məsələsində daha çox əməkdaşlıq edilməsinin lazım olduğunu söyləyib.
Cənubi Koreyanın xəbər saytı “Chosun”-un məlumatına görə, Yeon Cənubi Koreya Maliyyə Nazirliyinin ölkədəki kriptovalyuta vahidlərinə qadağa və məhdudiyyət qoymaq planlarının olmadığını vurğulayıb.
“Blockchain texnologiyası dördüncü sənaye inqilabı üçün vacib bir texnoloji inkişafdır. Nazirlik kriptovalyuta birjasını tənzimləyici ehtiyat yaxınlaşmalarda olacaq. Eyni zamanda, mənfi və qeyri-qanuni kriptovalyutaəməliyyatları üçün də ciddi qaydalar tətbiq edəcək”.
Bəziləri kriptovalyutaların Blockchain texnologiyasından istifadə etmək üçün gərək olmadığını söyləyərkən, Yeon ikisini ayrılmaz bir formada təsəvvür edir:
“Açıq mənbə kodlu blok zənciri şəbəkələri üçün kriptovalyuta növləri fərdlərin şəbəkəyə qoşulması üçün vacibdir”.
Yeonun Blockchain və ya kriptovalyuta vahidləri haqqındakı müsbət fikirləri ölkənin müxtəlif qadağalar və ya məhdudiyyətlər edəcəyi qorxusu və anonim birjaların bağlanılması ilə yaranan yeni birjaların bağlanılacağı qorxusunun meydana gəldiyi anda yayılıb.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
“Lightning Network” nədir və necə işləyir?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.