Bankların xalis mənfəəti 1 milyard manata yaxınlaşır | Banco.az

Bankların xalis mənfəəti 1 milyard manata yaxınlaşır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2026-cı ilin yanvar-avqust aylarında 949.7 mln. manat xalis mənfəət, 1,487.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 22.7% çox, əməliyyat mənfəəti isə 25.3% artıb.

Məlumata görə, hesabat dövründə banklar tərəfindən 245.8 mln. manat (30.8% çox) məbləğində mənfəət vergisi ödənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram