Marketinqin fəlsəfəsi çox sadədir: Elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun". Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.
Bəs, bank sektorunda marketinq fəaliyyəti necə təşkil olunur? Bildiyimiz kimi, bank sektorunda rəqabətin güclənməsi və müştərilərin bank xidmətlərinə tələbatının çoxalması bankların əksəriyyətini marketinqdən daha səmərəli istifadə etməyə sövq edir. Odur ki, bugünkü məqaləmizdə sizlərə Access Bank - ın Marketinq Departamentinin direktoru Günay Cəlilovanın banklarda marketinq strategiyasını necə qurmaq lazımdır mövzusu ilə bağlı ARB 24 kanalına olan müsahibəsini təqdim edirik.