Banka işə düzələrkən ən çox verilən suallar (I hissə)
1. Yüksək risklə təsnifləşdirilmiş aktiv - qeyri-qənaətbəxş, təhlükəli və ya ümidsiz təsnifləşdirmə kateqoriyasına aid edilmiş aktivdir.
Hesablama metodu ilə hesablanmayan aktiv - faizlərinin hesablanması dayandırılmış aktivdir.
İşlək kredit - qeyri-işlək kredit kateqoriyasına daxil edilməyən kreditdir.
2. Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
İnzibatçı-Bankın Müşahidə Şurasının,Audit Komitəsinin və İdarə Heyətinin üzvləri,habelə bankın baç mehasibi (mehasibat xidmətiinin) daxili audit bölməsinin əməktaşları,bank filialları və şöbələrinin rəhbərləri və baş mühasibləri
Müştəri – bankın nağd pul üzrə xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslər
3. Azərbaycan Respublikasinin milli valyutası
a) Tədavüldə olan eləcədə Tədavüldən çıxarılan lakin Tədavüldə olan pul niçanlarının dəyişdirilə bilən Azerbaycan Respublikasi Mərkəzi Bankının buraxdığı kağız və metal pul nişanlarıdı
4. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri:-Heç bir bank topdansatış və ya pərakəndə ticarət , istehsal, nəqliyyat , kənd təsərrüfatı, yataqların işlənməsi ,tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş , şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.
5. Bank hesabları aşağıdakı növlərə bölünür:
• Cari hesablar;
• Cari subhesablar;
• Ssuda hesabları;
• Əmanət (depozit) hesabları;
• Müxbir hesablar.
6. Bank termininde Rezident nə deməkdi ?
a) Azerbaycan Respublikasinda daimi yasayis yeri olan o cumleden Azerbaycan Respublikasi hüdudlarından kənarda qalan FİZİKİ şəxslər
b) Azerbaycan Respublikasi qanunvericiliyinə müvafiq sürətdə yaradılmış HÜQUQİ şəxslər
c) Azerbaycan Respublikasında yerləşən və Azerbaycan Respublikasinin qanunvericiliyinə müvafiq sürətdə yaradılmış lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar
Azerbaycan Respublikası hüdudlarından kənarda yerləşən Azerbaycan Respublikasinin diplomatik və digər rəsmi nümayəndəliklər
7. “Prudensial”- bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.
8. Bankın məcmu kapitalı (öz vəsaiti) – prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir.
9. Kredit monitorinqi – kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün risklərin öncədən aşkar edilməsi məqsədilə borcalanın təsərrüfat vəziyyətinin yoxlanılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsidir.
10. Monitorinqlər aşağıdakı növlərə bölünür:
• Planlı monitorinqlər
• Fövqəladə monitorinqlər
11. Monitorinqlərin keçirilməsi zamanı, aşağıdakılar yoxlanılır:
Kreditin məqsədli istifadəsi
Borcalanın maliyyə vəziyyəti
Girovun vəziyyəti
12. Məqsədli istifadənin monitorinqi
• Dövriyyə vəsaitləri – kreditin verilməsindən 1 ay ərzində
• Əsas vəsaitlər – kreditin verilməsindən 3-6 ay ərzində
• İnvestisiya kreditləşməsi – rüblük
13. Hansı üsüllarla mümkün maliyyə böhranını proqnozlaşdırmaq olar?
a) Monitorinq
b) Bazarın təhlili
c) Müştəri ilə daim əlaqə
d) Əlavə hesabatların tələb edilməsi ilə
14. Risklərin növləri
• bazar riski
• kredit riski
• Likvidlik riski
• Əməliyat riski
15. Bazar riskinin növləri
• Faiz dərəcəsi riski
• Xarici valyuta riski
• Kapital riski
• Əmtəə-mal riski
16. Devalvasiya nədir?
Milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin ucuzlaşdırılmasıdır.
Aktivlər standart və qeyri-standart aktivlər qrupuna bölünürlər. Standart aktivlər qrupuna "qənaətbəxş aktivlər" və "nəzarət altında olan aktivlər", qeyri-standart aktivlər qrupuna "qeyri-qənaətbəxş aktivlər", "təhlükəli aktivlər" və "ümidsiz aktivlər" aiddir.
Bankda iş tapmaq üçün burada vakansiyalarla tanış olun - http://banco.az/az/jobs