Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2026-cı ilin avqust ayında Türkiyədə 92 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə avqust ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,1% artaraq 1 938 ədədə yüksəlib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 343 ev (1-ci) alıb. İkinci ən çox mənzili Ukrayna vətəndaşları (147 mənzil), üçüncü isə İran (140 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
