Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-mart aylarında Azərbaycana 10 milyon 386 min ABŞ dolları dəyərində 5 min 859 ton süd və qaymaq idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 1 532 ton və ya 35,4%, dəyəri isə 3 milyon 945 min dollar və ya 61,2% artıb.
Belə ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 6 milyon 441 min dollar dəyərində 4 min 327 ton süd və qaymaq idxal edilib.
Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,26%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
