Bu ilin yanvar-fevral aylarında Azərbaycana Avropa ölkələrindən 27 174 turist səfər edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur.
O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 12 878 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 3,3 % çoxdur.
Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 4 839 nəfər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.
Bundan əlavə, Belarusdan 2 686 nəfər (-7,4 %), Polşadan 1 291 nəfər (+34,3 %), Moldovadan 627 nəfər (+3,8 %), Macarıstandan 539 nəfər (+47,3 %), Çexiyadan 477 nəfər (+3,2 %), Litvadan 408 nəfər (+39,2 %), Rumıniyadan 380 nəfər (-10,6 %), Serbiyadan 306 nəfər (+1,7 %), Slovakiyadan 251 nəfər (+23,6 %), Estoniyadan 200 nəfər (+7,5 %), Xorvatiyadan 193 nəfər (+75,5 %), Latviyadan 190 nəfər (+8,6 %), Bolqarıstandan 187 nəfər (-21,4 %), Bosniya və Hersoqovinadan 78 nəfər (+27,9 %), Kiprdən 62 nəfər (+51,2 %), Sloveniyadan 68 nəfər (-6,8 %), Monteneqrodan 35 nəfər (-65 %), Şimali Makedoniyadan 35 nəfər (-25,5 %), Albaniyadan isə 26 nəfər (-29,7 %)turist gəlib.
İki ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 14 296 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 33,5 % çoxdur.
Qərbi Avropa ölkələri arasında ən çox turist 4 231 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,3 % çoxdur.
Bundan əlavə, Almaniyadan 3 326 nəfər (+88,4 %), İtaliyadan 1 952 nəfər (+21,8 %), Fransadan 1 026 nəfər (+ 24,4 %), İspaniyadan 718 nəfər (-15,5 %), Niderlanddan 528 nəfər (-13 %), %), Belçikadan 426 nəfər (+42 %), Portuqaliyadan 321 nəfər (21,6 %), İsveçdən 281 nəfər (+20,6 %), İsveçrədən 265 nəfər (+17,8 %), Avstriyadan 263 nəfər (+3,1 %), Yunanıstandan 242 nəfər (+ 7,1 %), İrlandiyadan 224 nəfər (+12,6 %), Norveçdən 167 nəfər (+18,4 %), Danimarkadan 148 nəfər (+11,2 %), , Maltadan 57 nəfər (96,6 %), Finlandiyadan 46 nəfər (-48,9 %), Lüksemburqdan 46 nəfər (-11,5 %), İslandiyadan 27 nəfər (+ 80 %), Andorradan 2 nəfər (-50 % ) turist gəlib.
Hesabat dövründə Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.
report
