Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyun aylarında 33 772 ədəd (illik müqayisədə 17 955 ədəd və ya 1,5 dəfə az) avtomobil idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin dəyəri isə 675 milyon 958 min dollar təşkil edib.
Bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 284 milyon 751 min dollar və ya 29,6% azdır.
Qeyd edək ki, ötən ilin ilk 6 ayında ölkəyə 960 milyon 709 min dollarlıq 51 727 ədəd avtomobil idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
