Azərbaycan xaricdən çay alışını 38%-dək azaldıb | Banco.az

Azərbaycan xaricdən çay alışını 38%-dək azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-fevral aylarında 12 milyon 603 min ABŞ dolları dəyərində 1 min 906 ton çay idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən çayın dəyəri 6 milyon dollar və ya 67,7% artıb, həcmi isə 37,5% azalıb. 

Məlumata görə, ötən ilk 2 ayında çay idxalı Azərbaycanın ümumi idxalının 0,48%-nə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında idxal edilən çayın dəyəri 18 milyon 610 min dollar, miqdarı isə 3 min 47 min tona bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram