Azərbaycan Rumıniyaya neft ixracını 8% azaldıb | Banco.az

Azərbaycan Rumıniyaya neft ixracını 8% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-mart aylarında Rumıniyaya 178 milyon 620 min dollar dəyərində 372 min 52 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 46 milyon 201 min dollar və ya 20,5% azalıb.

Rumıniyaya neft ixracının həcmi isə ötən ilin yanvar-mart aylarına nisbətdə 7,9% azalıb. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixracın dəyəri 224 milyon 820 min dollar, miqdarı isə 403 min 928 ton təşkil ediridi.

Hesabat dövründə İtaliya (3,3 milyon ton) Azərbaycanın ən böyük neft idxalçısı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram