Azərbaycan əmtəəlik səmt qazı hasilatını 22%-dən çox artırıb | Banco.az

Azərbaycan əmtəəlik səmt qazı hasilatını 22%-dən çox artırıb

Bu ilin birinci yarısında Azərbaycanın neft yataqlarından 7 864,17 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 6,5% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 530,77 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 22,6% çoxdur.

    Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 416,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.

    2025-ci ildə Azərbaycanda istehsal edilən səmt qazının 4 022,57 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,33% çoxdur.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram