25 may 2018-ci il tarixində Avropa İttifaqı ərazisində Məlumatların Qorunması(Mühafizə Olunması) haqqında tam yeni reqlament qüvvəyə minir. Bu reqlamentin tələblərinin qüvvəyə minməsindən 100 gündən az vaxt qalır. Odur ki, əsasən Azərbaycanın bütün bankları və mobil operatorları Avropa İttifaqının qüvvəyə minəcək yeni reqlamentinin tələblərinə mütləq şəkildə riayət etməlidirlər.
Azərbaycan bankları və operatorları da Avropa İttifaqının bu tələbinin təsiri zonasına düşürlər. Ona görə ki, bankların buraxdığı kartlardan Avropaya gedən Azərbaycanlı istifadə etdiyindən, eyni zamanda ikincilər, yəni mobil operatorlar Avropa İttifaqı ərazisində vətəndaşa rouminq xidmətləri göstərdiyindən bu yeni tələblər onlara şamil edilir. Odur ki, yeni tələbin qüvvəyə minməsi ilə əlaqədar vaxt getdikcə daraldığından bütün banklar və operatorlar, məlumatların qorunması ilə bağlı məşğul olan operatorlar yubanmadan qaydalarla tam ətraflı tanış olaraq araşdırmalıdırlar.
Qeyd edim ki, Məlumatların Qorunması Haqqındakı yeni reqlament sənədi Avropa İttifaqı tərəfindən 2016-cı ilin aprelində qəbul edilmişdir. Onun məqsədi Avropa İttifaqı daxilində vətəndaşların fərdi, konfidensial məlumatlarının qorunması, mühafizə səviyyəsini artırmaqdır. Bununla yanaşı sənəd eksərazi xarakteri daşıyır başqa sözlə Avropa İttifaqına daxil olmayan ölkələrin şirkətlərinə də şamil edilir.
Ümumiyyətlə reqlamentin təsiri zonasına fiziki şəxslərin fərdi məlumatlarından istifadə edən sənayenin tamamilə müxtəlif sahələrindən olan şirkətlər düşür. Buraya internet şirkətləri, banklar, turizm, nəqliyyat, metallurgiya, dağ emalı sənayesi, ödəmə sistemləri və onlayn servislər(internet mağazalar, sosial şəbəkələr və s.). May ayında qüvvəyə minəcək yeni qanun nəinki Avropa İttifaqının vətəndaşının hüquqlarını qoruyacaq eyni zamanda onun ərazisində olan digər ölkələrin rezidentlərinin hüquqlarını da qoruyacaq.
Reqlamentin normalarını Avropa ölkələrinin Azərbaycandakı törəmə(sister) şirkətləri də yerinə yetirməlidirlər. Onlar şirkətlər qrupu çərçivəsində həmişə olduğu kimi fərdi məlumatları mübadilə edirlər(məsələn götürək kadr məsələsi konteksində) və fərdi məlumatların emalı zamanı daxili koprorativ müqavilələr imzalayırlar. Belə müqavilə çərçivəsində şirkətin Avropadakı mənzil qərərgahı Azərbaycandakı törəmə strukturuna yeni reqlamentə uyğun olaraq məlumatın qorunması üzrə öhdəliklər qoyur. Eyni zamanda Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən yerli şirkətlər məhsul və xidmətlərin göstərilməsi zamanı fərdi məlumatların emalı zamanı reqlamentin tələblərini mütləq şəkildə nəzərə almalıdırlar.
Qeyd edim ki, bu ilin 25 may tarixində qüvvəyə minəcək Məlumatların Qorunması Haqqındakı Yeni Reqlamentə riayət olunmaması biznes qurumlarına 20 milyon avro dəyərində inzibati cərimə və ya illik dövriyyələrinin 4%-i məbləğində cərimə ilə nəticələnəcəkdir. Odur ki, Azərbaycan biznes bu faktoru zaman itirmədən nəzərə almalıdır.
digitalazerbaijan.az