Avropa Komissiyası Slovakiya üçün maliyyəni azalda bilər | Banco.az

Avropa Komissiyası Slovakiya üçün maliyyəni azalda bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası (AK) ölkənin Baş nazirinin xüsusi prokurorluğun ləğvi ilə bağlı qərarı ilə əlaqədar Slovakiyaya ayrılan maliyyənin dondurulması prosedurunun başlanması barədə qərar hazırlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Agentliyin məlumatına görə, qərarı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen təsdiq etməli olacaq.

Bu halda Bratislava Aİ Balanslaşdırılmış İnkişaf Fondu çərçivəsində almalı olduğu 12,8 milyard avronun bir hissəsindən məhrum ola bilər.

Qeyd edək ki, AK vəsaitləri dondurmaq qərarını versə, Slovakiya Macarıstandan sonra belə bir tədbirə məruz qalan ikinci Aİ ölkəsi olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et