Aİ Vahid Bazarı modernləşdirməyi planlaşdırır | Banco.az

Aİ Vahid Bazarı modernləşdirməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ Vahid Bazarı modernləşdirməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Ursula fon der Lyayen Strazburq şəhərində keçirilən Avropa Parlamentinin plenar iclasında Vahid Bazarla bağlı qiymətləndirmələrini bölüşüb.

O bildirib ki, Vahid Bazar yalnız qitədaxili ticarət məkanı deyil. Onun sözlərinə görə, bu sistem vətəndaşları, şirkətləri və ortaq dəyərləri birləşdirir, malların, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkətini təmin edir.

Ursula fon der Lyayen qeyd edib ki, Vahid Bazar Avropa İttifaqında iqtisadi artım və məşğulluqla yanaşı, istehlakçılar üçün daha geniş seçim imkanları, şirkətlər üçün daha böyük bazarlar və daha yüksək standartlar yaradır.

“450 milyon əhalisi və 18 trilyon avroluq bazarı ilə Avropa qlobal standartları müəyyənləşdirmək gücünə malikdir”, — deyə o bildirib.

Von der Lyayen texnoloji dəyişikliklərin sürətləndiyi, iqlim təzyiqlərinin artdığı və geosiyasi rəqabətin daha da sərtləşdiyi bir dövrdə Vahid Bazarı indiki formada qorumağın artıq kifayət etmədiyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram