ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda görüşüb | Banco.az

ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda görüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda görüşərək ikitərəfli münasibətləri və Ukrayna məsələsini müzakirə ediblər.

Banco.az xəbər verir ki, ABŞ və Rusiya heyətləri, ikitərəfli münasibətləri normallaşdırmağı və Ukraynadakı müharibəyə son qoymağı hədəfləyən danışıqlara başlayıb.

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında ötən həftə baş tutan telefon danışığından sonra hər iki ölkənin heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəlib.

Görüşlərdə Rusiya heyətinə Xarici İşlər Naziri Sergey Lavrov, Kremlin Xarici Siyasət Müşaviri Yuriy Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondu rəhbəri Kiril Dmitriyev, ABŞ heyətinə isə Xarici İşlər Naziri Marko Rubio, Ağ Evin Milli Təhlükəsizlik Müşaviri Mayk Uolts və Orta Şərq üzrə Xüsusi Nümayəndə Stiv Vitkoff daxildir.

Mətbuata qapalı keçirilən görüşün sonunda Rusiya heyətinin mətbuat konfransı keçirməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram