Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ administrasiyası Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarəsi və digər avadanlıqların satışını təsdiqləyib.
Banco.az xəbər verir ki, bəyanata görə, Səudiyyə Ərəbistanı ümumi dəyəri 24,3 milyard dollar olan əməliyyat çərçivəsində 48 ədəd F-35 qırıcı təyyarəsi, eləcə də 49 ədəd Pratt & Whitney F135-PW-100 mühərriki və digər əlaqəli avadanlıqlar alacaq.
Bəyanatda həmçinin qeyd olunub ki, F-35 satışı regiondakı hərbi güc balansını dəyişdirməyəcək.
Müqavilənin əsas podratçıları "Lockheed Martin" və "Pratt & Whitney" olacaq.
ABŞ-ın Silah İxracına Nəzarət Qanununa əsasən, Konqresin NATO üzvü olan dövlətlər üçün xarici ölkələrə silah satışı ilə bağlı 15 günlük, NATO üzvü olmayan dövlətlər üçün isə 30 günlük baxış və etiraz müddəti var.
