ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı: "İran boğaza nəzarət etmir" | Banco.az

ABŞ-ın Hörmüz boğazı ilə bağlı bəyanatı: "İran boğaza nəzarət etmir"

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət etdiyi ilə bağlı iddialara münasibət bildirib.

Banco.az xəbər verir ki, qurumun açıqlamasında İranın Hörmüz boğazına nəzarət etmədiyi vurğulanıb.

"May ayının əvvəlindən etibarən ABŞ qüvvələri bu mühüm beynəlxalq ticarət dəhlizi vasitəsilə 800-dən çox ticarət gəmisinin və 380 milyon bareldən artıq xam neftin təhlükəsiz keçidini təmin edib", – deyə CENTCOM-un açıqlamasında bildirilir.

Digər tərəfdən, Reuters agentliyinə danışan ABŞ rəsmisi Vaşinqtonun İranla bağlı diplomatik həll yolları üzərində işləməyə davam etdiyini bildirib.

Rəsmi qeyd edib ki, son hərbi gərginliyə baxmayaraq, ABŞ administrasiyası böhranın həlli istiqamətində səylərini davam etdirir və tərəflər arasında texniki müzakirələr hələ də davam edir.