ABŞ, Danimarka və Qrenlandiya arasında təhlükəsizlik müqaviləsi imzalanıb | Banco.az

ABŞ, Danimarka və Qrenlandiya arasında təhlükəsizlik müqaviləsi imzalanıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Jens-Frederik Nielsen arasında təhlükəsizlik müqaviləsi imzalanıb.

Banco.az xəbər verir ki, sənəd Nyu-Yorkda keçirilən imzalanma mərasimində imzalanıb. Saziş ABŞ, Danimarka və Qrenlandiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Donald Tramp bildirib ki, saziş ABŞ, Danimarka və Qrenlandiya üçün mühüm əhəmiyyət daşıyır. O, sənədin tərəflər arasında təhlükəsizlik əməkdaşlığını gücləndirəcəyini qeyd edib.

Mette Frederiksen ABŞ-ı Danimarkanın dostu və etibarlı müttəfiqi adlandırıb. Onun sözlərinə görə, yeni saziş iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün yeni mərhələ yaradır.

Jens-Frederik Nielsen bildirib ki, Qrenlandiya ABŞ və Danimarka ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcək. O, həmçinin NATO-nun Arktika regionunda güclü mövqeyinin qorunmasının vacibliyini vurğulayıb.