ABŞ-da mövcud ev satışları son doqquz ayın ən aşağı səviyyəsindədir | Banco.az

ABŞ-da mövcud ev satışları son doqquz ayın ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mövcud ev satışları son doqquz ayın ən aşağı səviyyəsindədir.

Banco.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “Milli Əmlakçılar Assosiasiyası”nın (NAR) açıqladığı məlumatlara əsasən, ikinci əl mənzil satışları illik müqayisədə 3,6 faiz azalaraq 3,98 milyon səviyyəsinə enib. Halbuki gözlənti 0,8 faiz azalma istiqamətində idi.

Satışlar əvvəlki ayda 2,7 faiz artmışdı.

NAR həmçinin 2026-cı il üzrə mövcud mənzil satışlarına dair proqnozunu 14 faizdən 4 faizə endirib.

NAR-ın baş iqtisadçısı Lorens Yun bildirib ki, “Mənzil kreditləri üzrə faiz dərəcələri yüksəlir və bu da ilin qalan hissəsi üçün mənzil satışları ilə bağlı gözləntilərimizi aşağı salmağımıza səbəb olub”.

NAR-ın hesabatına görə, orta satış qiyməti mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artaraq 408 min 800 ABŞ dollarına yüksəlib.

Hesabatda həmçinin İranda baş verən müharibənin ABŞ iqtisadiyyatına müxtəlif sahələr üzrə təsiri də əks olunub. Münaqişə başladıqdan sonra ipoteka (mənzil krediti) üzrə faiz dərəcələri əhəmiyyətli dərəcədə artıb və bu vəziyyət mənzil sektorunda mövcud olan əlçatanlıq problemlərini daha da dərinləşdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram