Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlakçı inamı 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, ABŞ-da istehlakçı inamı iqtisadiyyat və əmək bazarı ilə bağlı bədbinliyin artması fonunda sentyabr ayında 2014-cü ildən bəri ən aşağı səviyyəyə enib.
ABŞ-da “The Conference Board” məlumatlarına görə sentyabr ayında istehlakçı inamı əvvəlki ayla müqayisədə 81,9-a düşüb. Ötən ayın göstəricisi də 89,4-dən 88,6-ya yenidən nəzərdən keçirilib. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların median proqnozu isə 89 olub.
Proqnozlar indeksi 69,5-dən 63,6-ya, cari vəziyyət indeksi isə 117,2-dən 109,3-ə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
