Xarici Hesabatlıq şöbəsinin Baş mütəxəssisi | Banco.az
PAŞA Bank

Xarici Hesabatlıq şöbəsinin Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

PAŞA Bank namizədləri Xarici Hesabatlıq şöbəsinin Baş mütəxəssisi vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

• Requlyativ hesabatların hazırlanması və təqdim edilməsi: requlyativ tələblərə uyğun olaraq maliyyə məlumatlarının toplanması, təhlili və hazırlanması, tənzimləyici orqanlara dəqiq və vaxtında hesabatların təqdim edilməsi.

• Requlyativ tələblərə uyğunluq: bank kapitalının adekvatlıq, likvidlik və leverec əmsalları kimi bütün tənzimləyici tələblərə əməl etməsinin təmin edilməsi və bankın məcmu kapital vəziyyətinin optimallaşdırılmasına dair təhlil və tövsiyələrin yüksək rəhbərliyə təqdim edilməsi.

• Maliyyə hesabatının keyfiyyəti: təqdim olunan maliyyə məlumatlarının düzgün, tam və tələblərə uyğun olmasını təmin etmək və məlumatların bütövlüyünü təmin etmək üçün müvafiq nəzarət və prosedurlara riayət olunmasına nəzarət etmək.

• Maraqlı tərəflərin idarə edilməsi: tənzimləyici orqanlarla əlaqələrin qurulması.

• Proseslərin təkmilləşdirilməsi: requlyativ hesabatların dəqiqliyini, səmərəliliyini və effektivliyini artırmaq üçün proseslərin və sistemlərin davamlı olaraq təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

• Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil

İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il

Xarici dil: İngilis, Rus (arzuolunandır)

Kompüter Bacarıqları: MS Office proqramları

Lisenziya / Sertifikat: ACCA / CFA arzuolunandır

Məhsul üzrə biliklər: Bank məhsulları

Başqa tələblər: MB və ADİF tənzimləmə sənədləri.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 20.09.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.