Təmir və texniki dəstək şöbəsinin Mütəxəssisi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).
Unibank

Təmir və texniki dəstək şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Daxil olan texniki xidmət sifarişlərini qəbul etmək, qeydiyyata almaq və icrasına nəzarət etmək;
  • Kommunal xidmətlər üzrə ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
  • İnzibati binalarda yaranan texniki və istismar problemlərinin operativ şəkildə aradan qaldırılmasını təşkil etmək, görülən işlər barədə aidiyyəti məsul şəxsləri mütəmadi məlumatlandırmaq;
  • İnzibati binaların işıqlandırma, istilik, reklam lövhələri və digər texniki sistemlərinin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, aşkar olunan nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək
  • Binaların texniki avadanlıqlarının mütəmadi yoxlanılmasını və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Kiçik elektrik və texniki təmir işlərinin icrasına qismən nəzarət etmək;
  •  İşçilərə gündəlik texniki dəstək göstərmək və daxili sorğuları operativ həll etmək; 

Tələblər

  • Müvafiq sahə üzrə orta ixtisas və ya ali təhsil
  • Komandada effektiv işləmək və verilmiş tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək bacarığı;
  • Yüksək diqqətlilik, dəqiqlik və detallara fokuslanma;
  • Məsuliyyətli və intizamlı yanaşma;
  • Operativ qərarvermə və problemləri çevik şəkildə həll etmə bacarığı

Müraciət üçün daxil olun