Sumqayıt filialı, Xəzinə şöbəsi, Kiçik mütəxəssis-xəzinədar /mütəxəssis-xəzinədar/aparıcı mütəxəssis-xəzinədar/baş mütəxəssis-xəzinədar) | Banco.az
Bank BTB

Sumqayıt filialı, Xəzinə şöbəsi, Kiçik mütəxəssis-xəzinədar /mütəxəssis-xəzinədar/aparıcı mütəxəssis-xəzinədar/baş mütəxəssis-xəzinədar)

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC  “Sumqayıt” filialı, Xəzinə şöbəsi, Kiçik mütəxəssis-xəzinədar /mütəxəssis-xəzinədar/aparıcı mütəxəssis-xəzinədar/ baş mütəxəssis-xəzinədar vəzifələrinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Kiçik mütəxəssis-xəzinədar /mütəxəssis-xəzinədar/aparıcı mütəxəssis-xəzinədar/ baş mütəxəssis-xəzinədar

İş barədə məlumat:

  • Kassa işini təşkil edir və müştərilərə kassa xidmətlərini göstərir;
  • Sərəncamında olan nağd pul və digər qiymətlilərin təhlükəsiz saxlanılmasını təmin edir və uçotunu aparır;
  • Azərbaycan Respublikasının qanunvericiliyi və bankdaxili qaydalara uyğun olaraq tələb   olunan kitabları aparır;
  • Kassa sənədlərinin düzgün tərtib olunmasını, möhür və imzaları yoxlayır, müştərinin  eyniləşdirilməsini təmin edir;
  • Azərbaycan Respublikasının qanunvericiliyi və Bankın daxili qaydalarına əsasən kassa mədaxil-məxaric əməliyyatları aparır;
  • Azərbaycan Respublikasının qanunvericiliyi və Bankın daxili qaydalarına əsasən pul əskinasları ilə əməliyyatları həyata keçirir.

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Bank Qanunvericiliyinə dair ümumi biliklər;
  • Ən azı 1 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
  • Ünsiyyət qurma bacarığı;
  • MS Office proqramlarında işləmək biliyi;
  • Monitorinq və nəzarət etmə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sumqayıt filialı, Xəzinə şöbəsi, Kiçik mütəxəssis-xəzinədar /mütəxəssis-xəzinədar/aparıcı mütəxəssis-xəzinədar/baş mütəxəssis-xəzinədar) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et