Prosessinq Mərkəzinin Əməliyyat və kartların emissiyası şöbəsində kiçik mütəxəssis | Banco.az
Azər Türk Bank

Prosessinq Mərkəzinin Əməliyyat və kartların emissiyası şöbəsində kiçik mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Bankın xidmət strukturlarından qəbul olunmuş sifarişləri qısa zamanda icra etmək;
  • Şöbəyə daxil olan müraciətləri dərhal qəbul etmək, qısa zaman ərzində araşdırıb cavablandırılmasını və ya həllini təmin etmək;
  • Bankın kart emissiyası fəaliyyəti haqqında periodik hesabatlar hazırlayıb, təqdim etmək;
  • Sifariş edilmiş kartlar haqqında hər günün sonunda birbaşa rəhbərinə hesabat təqdim etmək;
  • Struktur bölmələr tərəfindən daxil olmuş bütün növ rəsmi müraciətlərin təyinatına uyğun olaraq qovluqlarda saxlanılmasını təmin etmək və arxivləşdirmək;
  • Kart emissiyası sahəsində ödəniş sistemlərinin qaydalarının yerlərdə düzgün tətbiq olunmasına nəzarət etmək;
  • İş prosesində meydana çıxan digər işlərin görülməsini təmin etmək.

Tələblər

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə xarici dil (ingilis dili və ya rus dili) biliyinin olması;
  • MS Office kompüter proqramlarında işləmək qabiliyyəti;
  • Komandada işləmək qabiliyyəti;
  • Analitik təhlil etmə qabiliyyəti. 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et