Bank Respublika
PKİD/ Məhkəməyəqədər iş və qərarların icrasına nəzarət şöbəsinin mütəxəssisİ
Vakansiya haqqında məlumat:
Təsvir
- Problemli kredit portfelinin idarə olunması və iş proseslərinin effektiv təşkili;
- Məhkəmə qərarlarının icrasının təmin edilməsi və icra mərhələsinə ümumi nəzarət;
- İcra şöbələri ilə qarşılıqlı fəaliyyətin qurulması, icra işlərinin izlənməsi;
- Problemli borclu və zaminlərlə danışıqların aparılması, ödənişlərin təmin edilməsi;
- Borcların yığımı üzrə nəticələrin təhlili, məlumatların sistemləşdirilməsi və müntəzəm hesabatların hazırlanması
Tələblər
- Ali təhsil;
- Borcların yığılması və problemli müştərilərlə iş üzrə 1-2 il təcrübə;
- Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan əla, rus dili arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Müraciət üçün daxil olun
