Mühasib – nəzarətçi | Banco.az
NBC Bank

Mühasib – nəzarətçi

Vakansiya haqqında məlumat: 

 

“NBCBank” ASC Mühasib – nəzarətçi vakansiyası üzrə işə qəbul elan edir.

Namizədə tələblər:

- Ali iqtisadi təhsil 
- Mühasib nəzarətçi vəzifəsində 3 illik iş təcrübəsinin olması 
- MHBS və Bank qanunvericiliyini bilmək 
- Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma. 
- İnsanlarla ünsiyyət qurma bacarığı. 
- Analitik qabiliyyət 
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı. 
- MS Office proqramlarında işləmə bacarığı

Əsas iş funksiyaları:

- Filialda həyata keçirilən əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsinə nəzarət etmək, gündəlik balansı və dövriyyə məlumatlarını yoxlamaq. 
- Gündəlik olaraq, filialın kassa əməliyyatlarının yekununu yoxlamaq.
- Filialda pulun nağd və ya nağdsız məxarici üçün əsas olan sənədləri imzalamaq. 
- Filialda pulun, qiymətlilərin və sənədlərin düzgün saxlanılmasına nəzarət etmək 
- Filialda müəyyən edilmiş dövrdən bir aktivlərin və öhdəliklərin inventarizasiyasını aparmaq 
- Debitor və kreditorların uçotunu sənədlərlə yoxlamaq. 
- Əməliyyat gününün bağlanılmasında iştirak edərək, filialın əməliyyatlarını tam yoxladıqdan sonra, filialın əməliyyat gününü yekunlaşdırmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@nbcbank.az elektron ünvanına göndərə bilərlər.