Unibank
Mikrokredit məhsullarının yaradılması və inkişafı şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Təsvir
- İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq və onları məhsul tələblərinə çevirmək;
- Məhsul üçün vizyonun müəyyən edilməsi;
- Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarının idarə edilməsi və prioritetləşdirilməsi;
- Yenilənmələri düzgün çatdırmaq üçün məhsul komandası və son istifadəçilərlə kommunikasiyaların idarəedilməsi;
- Məhsul biznes mühitində olduqdan sonra performans haqqında son istifadəçilərdən rəylərin toplanması və sonrakı inkişaf prossesinə cavabdeh olmaq.
Tələblər
- Scrum, Agile metodologiyası üzrə biliklər;
- Task menecerlər ilə işləmə bacarığı;
- Məhsul tələblərinin hazırlanması və inkişafı üçün zəruri texnoloji biliklər;
- Güclü analitik bacarıqlar;
- Şifahi, yazılı ünsiyyət və təqdimat bacarığı;
- MC Office (xüsusilə Excel) və Oracle SQL proqramları ilə sərbəst işləmə bacarığı (Digər proqramlarla işləmək bacarığı üstünlükdür);
- Bazar araşdırmalarına dair bilik və bacarıqlar;
- Bank məhsulları və bank sektoru ilə bağlı məlumatlılıq;
- Analitik düşünmə və təhlil qabiliyyəti, habelə böyük verilənlər bazalarını hazırlamaq, təhlil və şərh etmək bacarığı;
- Kreativ və unikal ideyaların hazırlanması bacarığı.
Müraciət üçün daxil olun