Amrahbank
Mikro biznes üzrə Kredit mütəxəssisi
Vakansiya haqqında məlumat:
“Amrahbank” ASC Mikro biznes üzrə Kredit mütəxəssisi vəzifəsinə vakansiyalar elan edir. Qısa zamanda yüksək nəticələr göstərərək karyera inkişafını, özünün iqtisadi biliklərini və intuitiv qərar vermək bacarığını artırmaq istəyənlər tələb olunur.
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin cəlb olunması və məlumatlandırılması
- Kredit müraciətlərinin qəbulu və təhlili
- Kredit sənədlərinin tərtibatı
- Kredit portfelinin nəzarəti və idarə olunması
- Kreditə dair xidmətlər və onların monitorinqi
Əsas tələblər:
- Ali təhsil;
- Ünsiyyətçilik, təşəbbüskarlıq;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- İşdə dəqiqlik, məsuliyyətlilik.
İş təcrübəsinin olması vacib deyil. Bütün təcrübəsiz mütəxəssislər təlim-tədris mərkəzində öyrədilir və tələb olunan biliklərə malik olurlar
Maraqlı olan şəxslərin CV-rini CV@amrahbank.az ünvanına göndərməyi xahiş olunur ( iddia etdiyiniz vəzifəni qeyd etmənizi xahiş edirik).