Maliyyə Monitorinq şöbəsinin rəisi | Banco.az
Rabitəbank

Maliyyə Monitorinq şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

 “Rabitəbank” ASC Komplayns departamentinin Maliyyə Monitorinq şöbəsinin rəisi vakansiyası üzrə  işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri

  • Bankda ƏL TMM üzrə Nəzarət sisteminin qurulmasını və icrasını «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun və Mərkəzi Bankın tələblərinə uyğun təmin etmək;
  • Müştəri uyğunluğu tədbirlərinin tələb olunan qaydada həyata keçirilməsini təmin etmək, ƏL/TMM ilə bağlı olmasına şübhə yaradan əməliyyatların eyniləşdirilməsi  və verifikasiya proseduruna nəzarət etmək;
  • ƏL/TMM üzrə şübhə yaradan əməliyyatların icrası ilə bağlı müvafiq qərarlar qəbul etmək və lazımi hallarda dayandırılması barədə göstərişlər vermək;
  • ƏL/TMM üzrə yerli və xarici banklarla məlumat mübadiləsinin keçirilməsinə nəzarət etmək və müvafiq sorğuların/sualların cavablandırılmasında iştirak etmək;
  • ƏL/TMM üzrə şübhəli əməliyyatıarın aşkarlanması məqsədiylə müvafiq monitorinləri təşkil etmək və icrasına nəzarət etmək;
  • ƏL/TMM üzrə risklərin minimuma endirilməsi məqsədiylə nəzarət mexanizmlərinin və proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, və bu məqsədlə müvafiq işlərin təşkil edilməsi;
  • İllik əsasda ƏL/TMM üzrə Bankın İnstitusional risk qiymətləndirilməsinin aparılmasını təmin etmək və nəticələri barədə Bankın rəhbərliyinə və Mərkəzi Banka məlumat vermək;
  • ƏL/TMM üzrə riskərin minimuma endirilməsi məqsədiylə tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Sahə üzrə azı 4 il iş təcrübəsi;
  • Maliyyə savadlığı, risk əsasları, Azərbaycan Respublikası Mərkəzi Bankının qayda və təlimatlarını bilmək;
  • CAMS sertifikatın olması üstünlükdür;
  • Azərbaycan, Rus və İngilis dilini səlist bilmək;
  • Analitik düşüncə, yüksək kommunikasıya və təqdim etmə bacarığı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19.02.2024-cü il tarixinə qədər career@rabitabank.com elektron ünvanına, mövzu hissəsində  “Maliyyə Monitorinq şöbəsinin rəisi” yazaraq göndərə bilərlər

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33