Rabitəbank
Kürdəmir filialı üzrə xəzinədar
Vakansiya haqqında məlumat:
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
- Nağd pulun qəbulunu və sayılıb çeşidlənməsini təmin edir;
- Sayılmış pulların bandrollaşdırılmasını və bağlanmasını həyata keçirir;
- Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
- Müştərilərə ancaq baş xəzinədar və ya filial müdir tərəfindən tapşırılmış qiymətlilərin mədaxili, məxarici və valyuta mübadiləsi xidməti göstərir;
- Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul vasitəsi ilə təmin edir;
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
- Dövriyyəyə yararsız nağd pula və digər qiymətlilərin dövriyyədən çıxarılmasına, dəyişdirilməsinə, bu sahədə Mərkəzi Bankın qaydalarına əməl edir;
- Mərkəzi Bankın və Bankdaxili qayda və təlimatları bilmək, onlara riayət etmək.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Aidiyyatı sahədə ən azı 1 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir);
- kollektivdə işləmək qabiliyyəti;
- Vətəndaş qüsursuzluğuna malik olmalı;
- Ciddi nəzarət etmək qabiliyyəti olmalı;
- Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
- Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kürdəmir filialı üzrə xəzinədar” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
- E-mail: career@rabitabank.com
- Telefon: (012) 598 44 88,
- Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33