Kart Əməliyyatları departamenti, Risklərin darə olunması şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Rabitəbank

Kart Əməliyyatları departamenti, Risklərin darə olunması şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Mastercard və Visa Beynəlxalq Ödəniş sistemlərinin bülletenlərinə nəzarət və yeniliklərin sistemdə tətbiqinə nəzarət;
  • Online risk monitorinq proqramına nəzarət, davamlı monitorinq və risk səviyyəsinə nəzarət;
  • Mövcud və ya yeni kart məhsullarına nəzarət, risklərin aradan qaldırılması üzrə müvafiq hesabatlar hazırlamaq və təkliflər vermək;
  • Kart əməliyyat riskləri üzrə yaranan maddi itkilər haqqında məlumatları toplamaq;
  • Fraud monitorinq və baş verən fraud halın araşdırılması;

Namizədə olan tələblər:

  • Ali təhsil; 
  • Analitik bacarıqlar;
  • Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi;  
  • Azərbaycan dili əla səviyyədə, İngilis dili/Rus dili biliklərinin olması arzuolunandır;  
  • Power BI/Excel biliklərinin olması arzuolunandır;  

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11.11.2023-cü il tarixinə qədər career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risklərin idarə olunması şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis” yazmağınız xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33