İstehlak kreditləri bölməsinin təcrübəçisi | Banco.az
Bank BTB

İstehlak kreditləri bölməsinin təcrübəçisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC İstehlak kreditləri bölməsinin təcrübəçisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

İstehlak kreditləri bölməsinin təcrübəçisi

İş barədə məlumat:

  • Qoyulmuş satış hədəflərinin icrası;
  • Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
  • Müştərilərin ödəmə qabiliyyətini təhlil etmək;
  • Kredit müraciətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
  • Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi.

Vəzifəyə olan tələblər:

  • 21-30 yaş aralığında olan namizədlər;
  • Ali təhsil (İqtisadiyyat və İdarəetmə sahəsi üzrə təhsil arzuolunandır);
  • MS office (Word, Excel) proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dili və İngilis dili arzuolunandır);
  • Yaradıcı və analitik düşüncə tərzi, ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;

Bu iş sizə nə qazandıracaq?

  • Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində)  cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İstehlak kreditləri bölməsinin təcrübəçisigöstərməyiniz xahiş olunur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et