İşə qəbul üzrə Mütəxəssis
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün İşə qəbul üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Məqsəd:
- İşə qəbul üzrə Mütəxəssis FINCA Azerbaijan-ın insan resurslarına olan tələbatını düzgün planlamasını və bu ehtiyacları ödəmək üçün effektiv işə götürmə və seçim proseslərini həyata keçirməsini təmin edir. İş elanları, ərizələrin toplanması, iş müsahibələrinin təşkili, müxtəlif seçim testlərinin hazırlanması, ərizələrə ilk baxış, telefon danışıqları, canlı görüşlər və s. daxil olmaqla işə qəbul və seçim proseslərinin mərhələlərini səmərəli şəkildə həyata keçirir.
- “FINCA Azerbaijan” işə qəbul və seçim səylərini institusional standartlara uyğun həyata keçirir.
- FINCA Azərbaycan işə qəbul proseslərini izlənilməsi və qiymətləndirilməsi. Zaman keçdikcə bu proseslərin təkmilləşdirilməsi yollarını fəal şəkildə müəyyənləşdirilməsi, lazımi hallarda İnsan Resursları üzrə Təlimata təkmilləşdirmələr üçün tövsiyələr verilməsi.
- FINCA Azerbaijan-ın siyasət və prosedurlarına uyğun olaraq Yeni İşçilərə istiqamətləndirmə proqramını tərtib edilməsi və həyata keçirilməsi , yeni işə qəbul olunanların ilkin qiymətləndirmə və təlim ehtiyaclarının təhlilini aparılması və sənədləşdirilməsi və bu barədə müvafiq rəhbər və fəaliyyət idarəetmə koordinatoruna məlumat verilməsi.
- “FINCA Azerbaijan” Yeni İşçilərə “Wellcome” Paketini hazırlanması və yeni işçilərin müvafiq paketi almasını təmin etmək.
Tələblər (Təcrübə, bilik və bacarıqlar):
- İnsan resursları, dövlət və ya biznes idarəetmə, hüquq, sosial elmlər və ya digər əlaqəli sahələrdə universitet dərəcəsi; insan resurslarının idarə edilməsi prinsiplərini yaxşı başa düşmək;
- Maliyyə sektorunda işə qəbul sahəsində ən azı 1 illik peşəkar iş təcrübəsi
- Beynəlxalq təşkilatda iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
- Bankçılıq və mikromaliyyə biliklərinə və təcrübəsinə malik namizədlərə üstünlük verilir
- Müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı asanlaşdırmaq
- Güclü şəbəkə bacarıqları, əla şəxslərarası və ünsiyyət bacarıqları
- Təsirini və məhsuldarlığını itirmədən yüksək səviyyədə bir çox layihəni idarə etmək bacarığı
- Bütün təşkilati səviyyələrdə işçilərlə əla iş əlaqələri qurmaq və saxlamaq bacarığı
- Dinamik bir mühitdə nəticə çıxarmaq, çeviklik nümayiş etdirmək və dəyişikliklərə tez cavab vermək bacarığı;
- Büdcələrin yaradılması və monitorinqi üçün lazım olan rəqəmsal bacarıqları başa düşmək və dəqiq tətbiq etmək
- Əla təşkilatçılıq və analitik bacarıqları;
- Əla yazı və sənəd (Word, PowerPoint) formatlaşdırma bacarığı;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək
- Yerli səyahət etmək imkanı
Müraciət edənlər recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu hissəsində Recruitment Specialist qeyd etməklə öz ərizə formalarını göndərə bilərlər. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Müraciətlərin son qəbul tarixi 3 Mart 2020-ci ildir.