İdarə Heyəti Sədrinin müşaviri | Banco.az
AFB Bank

İdarə Heyəti Sədrinin müşaviri

Vakansiya haqqında məlumat: 

 

Vəzifə: İdarə Heyəti Sədrinin müşaviri

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

•  Ali iqtisad təhsil və bank sistemində ən az 7 illik (5 il rəhbər vəzifədə) iş təcrübəsinin olması;

•  Tədqiqat aparmaq üzrə formalaşmış bacarıq;

•  Rəhbərlikdə və kollektivdə işləmək səriştəsi;

•  Analitik təhliletmə qabiliyyəti;

•  Dəqiq planlaşdırma, ciddi nəzarət etmək qabiliyyəti;

•  İnsanlarla tez ünsiyyət qura bilmək bacarığı;

•  Strateji düşünmə və hərəkətetmə qabiliyyəti;

•  Yaradıcılıq, təşəbbüskarlıq və məsuliyyətlilik;

İŞİN TƏSVİRİ:

•  Bankda mövcud satış vəziyyətinin ümumiləşdirilməsi, bu istiqamətdə struktur bölmələrin fəaliyyətini təhlil etmək və mütəmadi olaraq İdarə Heyətinin sədrinə məlumat vermək; 

•  Tələb olunduğu halda Satışın stimullaşdırılması ilə bağlı məsələlər üzrə arayış hazırlamaq və İdarə Heyətinin sədrinə təqdim etmək;   

•  Bankın satış hədəflərinin reallaşmasında iştirak etmək və bu sahədə fəaliyyətin həyata keçirilməsinə dəstək vermək;   

•  Bank Rəhbərliyi tərəfindən müəyyən edilmiş mənfəət hədəfi  və satış büdcəsinin reallaşması istiqamətində təkliflər vermək və icrasına nəzarət etmək;

•  Bankın satış strukturlarının mövqelərinə görə hədəflərin müəyyən edilməsi və fəaliyyətin dəyərləndirilməsi istiqamətində tövsiyə vermək;

•  Satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;

•  Potensial müştəri bazarının vəziyyətini izləməklə ortaya çıxa bilən mənfəət imkanlarını və risklərini rəhbərliklə paylaşmaq;

•  Bank strategiyaları və Satış strukturlarının qaydalarınının təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr vermək;

•  Filial hədəflərinin gerçəkləşdirilməsi baxımından filial əməkdaşları ilə davamlı görüşlər təşkil etmək;

•  Kreditlərin verilməsi ilə bağlı komitələrin iclaslarında iştirak etmək;

•  Bankın daxili vəsaitlərindən və digər maliyyə qurumları və investisiya fondlarından ayrılmış vəsaitlərin vaxtında istifadə edilməsinə nəzarət və koordinasiya etmək, bununla bağlı İH sədrinə mütəmadi hesabatlar təqdim etmək;

•  Verilmiş kreditlərdə yaranan problemlərin həlli üçün təklif və tövsiyələr vermək;
•  Satış işlərini dəstəkləmək, Filiallarla sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;

•  İdarə Heyətinin Sədri tərəfindən verilən başqa funksiyaları, tapşırıq və sərəncamları icra etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İdarə Heyəti Sədrinin müşaviri qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.