Hüquqi dəstək şöbəsinin mütəxəssisi | Banco.az
Bank BTB

Hüquqi dəstək şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Aktivlərlə iş departamenti, Hüquqi dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Hüquqi dəstək şöbəsinin mütəxəssisi

İş barədə məlumat:

  • Şöbəyə daxil olmuş məktub və sorğulara cavablar hazırlanmasını təmin edir
  • Dövlət orqanlarından- Apellyasiya məhkəməsindən, Korrupsiyadan, Vergilərdən və s. gələn sorğuların, digər müraciətlərin cavablandırılması;
  • Sorğuların cavablandırılmasının təmin edilməsi məqsədilə, Bank daxili departament və şöbələrdən məlumatların yığılması və hazırlanması;
  • Qanunla bankın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi;
  • Sorğuların hazırlanmasında müəyyən kargüzarlıq işlərinin görülməsi
  • Bankın fəaliyyətində yaranan və ya yarana biləcək hüquqi məsələlər ilə hüquqi yardım;
  • Birbaşa rəhbəri və departament direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

 

Namizədə tələblər:

  • Hüquq təhsili və ya hüquq sahəsində ən azı 1 il iş təcrübəsi
  • Rus və ya İngilis dillərini bilməsi arzu olunandır;
  • kompüterdə iş bacarığı;
  • Qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyətlərə malik olmaq;
  • Ünsiyyətqurma bacarığı;
  • Analitik düşüncə;

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
  • Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquqi dəstək şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et