Filialların hüquqi təminatı şöbəsinin hüquqşünası / aparıcı hüquqşünası | Banco.az
Unibank

Filialların hüquqi təminatı şöbəsinin hüquqşünası / aparıcı hüquqşünası

Vakansiya haqqında məlumat: 

İşin təsviri:

 

  • Bankın bütün struktur bölmələrinə hüquqi yardım göstərmək və onlar tərəfindən ünvanlanan sorğuların cavablandırılması;
  • İpoteka, girov, alqı-satqı, kredit, qarantiya və s. müqavilələrin tərtib edilməsi və ya onlara hüquqi rəy verilməsi;
  • Bankdaxili qəbul edilmiş qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi;
  • Bank hesablarının açılması və hesab üzrə əməliyyatlarla bağlı hüquqi ekspertiza keçirilməsi;
  • Notariat ofislərində və DƏDRX-də girov, ipoteka, alqı-satqı və icarə müqavilələrinin bağlanılması və qeydiyyatı ilə əlaqədar təmsilçilik edilməsi; 
  • Dövlət orqanlarına müraciətlərin hazırlanması;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. 

Tələblər

Namizədə tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Korporativ hüquq sahəsində 1 illik iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki və bank qanunvericiliyini bilməsi;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
  • İngilis dilini yüksək səviyyədə bilmək;
  • Kompyuter bilikləri;

Müraciət üçün daxil olun