Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsində şöbə rəisi | Banco.az
Azər Türk Bank

Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsində şöbə rəisi

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Daxil olan korporativ müraciətlərin təhlili prosesinin həyata keçirilməsini təşkil və nəzarət etmək;
  • Daxil olan digər müraciətlər üzrə təhlil prosesinin aparılmasına nəzarət etmək;
  • Bankın cari korporativ müştəri bazasının monitorinqini aparmaq;
  • Müştərilərin MXS-larda yaranmış problemlərinin araşdırılması və həlli istiqamətində tədbirlər görmək;
  • Biznes proseslərin təşkili və optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • Təhlil prosesinin inkişafı istiqamətində digər struktur bölmələrlə əlaqə yaratmaq;
  • Mərkəzin digər şöbələrinin işlərinə nəzarət etmək, Mərkəzin və əməkdaşların inkişafı üçün daima təkiliflər vermək;

 

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Korporativ kreditlərin anderrayteri kimi ən azı 5 illik iş təcrübəsi (son 2 ili şöbə rəisi və ya bölmə rəhbəri kimi);
  • Maliyyə sahəsində beynəlxalq sertifikatlarının olması arzuolunandır;
  • Azərbaycan dillini əla, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office).

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et