"Zima" Uşaq Estrada Musiqisi Festivalının yekun konserti keçirilib | Banco.az

"Zima" Uşaq Estrada Musiqisi Festivalının yekun konserti keçirilib

Müntəzəm olaraq uşaq və gənclərin şəxsi inkişafının təmin edilməsi, onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq məqsədi daşıyan təşəbbüsləri dəstəkləyən Azər Türk Bank daha bir sosial layihənin iştirakçısı olub. Dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azər Türk Bank sponsorluğu ilə təşkil olunmuş "Zima" Uşaq Estrada Musiqisi Festivalının yekun konserti keçirilib. Festivalda 6-16 yaş arası istedadlı uşaq və yeniyetmələr potensial yaradıcılıq qabiliyyətini nümaiş etdiriblər. Azər Türk Bank sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 5 nömrəli xüsusi təhsil və internat məktəbləri, həmçinin sağlamlıq imkanları məhdud lal-kar uşaqlar üçün 2 və 3 nömrəli xüsusi internat məktəblərinin valideyn himayəsindən məhrum olmuş uşaqlarının festivalın yekun konsertində tamaşaçı qismində iştirakını təmin edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki bu, Azər Türk Bankın korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirərək iştirakçısı olduğu çoxsaylı layihələrdən biridir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən "Azər Türk Bank" ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.