Müştərilərə sərhədsiz fürsətlər təqdim edən Yapı Kredi Bank Azərbaycan *0444 Telefon Mərkəzi tərəfindən göstərilən xidmətin keyfiyyətini daha da yüksəltmək üçün yeni İnteraktiv Səsli Cavablandırma (IVR) xidmətini istifadəyə vermişdir.
Yeni xidmət *0444 Telefon Mərkəzinə zəng edən Worldcard müştərilərinə növbə gözləmədən və hətta operatora bağlanmadan, kart limiti, istifadə edilə bilən limit, dövri borc, cari borc və s. məlumatları dinləyə bilərlər.
Bu xidmətdən istifadə etmək olduqca rahatdır. Belə ki, Worldcard müştərisi günün istənilən saatında həm şəhər, həm də mobil telefonlardan *0444 nömrəsinə zəng edərək, kartın üzərindəki 16 rəqəmli nömrəni telefon düymələri vasitəsilə daxil edib, dərhal İnteraktiv Səsli Cavablandırma xidmətinə qoşulur, müvafiq menyunu seçdikdən sonra istədiyi məlumatı dinləmək üçün kartın 4 rəqəmli PİN kodunu daxil edir.
Bundan əlavə, həm Worldcard, həm də Pulkart müştəriləri *0444 İnteraktiv Səsli Cavablandırma xidmətinə zəng etməklə kartlarını aktivləşdirməklə yanaşı istədikləri PİN kodu özləri təyin edə və təyin etdikləri PİN kodu istədikləri vaxt dəyişdirə bilərlər.
Xatırlatmaq istərdik ki, Bakı daxilində şəhər nömrələrindən *0444 nömrəsinə edilən zənglər pulsuzdur.
Telefon mərkəzində edilən dəyişikliklərlə bağlı ətraflı məlumatı www.yapikredi.com.az saytından əldə edə bilərsiniz.