Artıq Worldcard və istehlak krediti borcunuzu sizə yaxın olan Azərpoçt filiallarından daha asan şəkildə ödəyə biləcəksiniz.
Belə ki, Aprel ayının 30-dək Azərpoçt şöbələrində ödəniləcək Worldcard və Yapı Kredi Bank Azərbaycan istehlak kredit borcundan əlavə heç bir komissiya tutulmayacaq. Qeyd edək ki, ödəmələr yalnız Azərbaycan manatı ilə həyata keçirilə bilər, edilən ödəmələr növbəti iş günü hesabınıza köçürüləcək. Həftə sonuna və ya qeyri iş günlərinə (bayram günlərinə) təsadüf edən ödəmələr növbəti iş günü hesaba köçürüləcək.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq, mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.
Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az və
https://www.facebook.com/YapiKrediAZ səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.