Worldcard-dan hər gün iPad air qazanma şansı kampaniyasının ilkin qalibləri müəyyən olundu!
Yapı Kredi Bank Azərbaycanın 5-28 sentyabr tarixlərində keçirdiyi Worldcard-dan hər gün iPad air qazanma şansı lotereya kampaniyası çərçivəsində ilkin 10 qalib müəyyən olundu. 15 sentyabr tarixində keçirilən lotereya çəkilişində 5-14 sentyabr tarixində Worldcard-la 50 manatdan çox alış-veriş edən Worldcard sahibləri iştirak etdi.
18 sentyabr tarixində qaliblərə hədiyyələri təqdim olundu, həmin gün Worldcard-ın 2 yaşına təsadüf edirdi. Qaliblər Worldcard-ı 2 yaşı münasibəti ilə təbrik edərək xoş arzularını bölüşdülər. Qaliblər arasında artıq 1 ildən çoxdur ki, Worldcard sahibi olan müştərilər də var idi, yeni Worldcard sahibi olanlar da. Qaliblər bir kredit kartı sahibi olaraq Worldcard-dan çox məmnun olduqlarını və bu cür kampaniyaların davamlı olmasını istədiklərini bildirdilər.
Qaliblərin siyahısını sizinlə paylaşırıq:
- Mehparə Bağırlı
- Sahil Orucov
- Məmməd Bağırzadə
- Elgün Səlimov
- Cavid Bağırov
- Ruslan Məmmədov
- Samirə Ağabalayeva
- Lamiyə Rzayeva
- Gülnaz Quluzadə
- Royalə Nəcəfova
Qalibləri təbrik edirik və digər Worldcard sahiblərini də bu kampaniyadan yararlanmağa dəvət edirik. Qeyd edək ki, kampaniya şərtlərinə əsasən 5-28 sentyabr tarixləri arasında World Üzv Ticarət Obyektlərində 50 manatdan çox alış-veriş edən Worldcard sahibləri hər gün 1 iPad Air qazanma şansı əldə edirlər və toplam olaraq kampaniya çərçivəsində 24 qalib müəyyən olunacaq. Xatırladaq ki, kampaniya davam etməkdədir və 28 sentyabra kimi Worldcard-la alış-veriş edərək siz də qalib ola bilərsiz. Daha sonraki lotereya çəkilişi 29 sentyabr tarixində keçiriləcək.
Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com.az və https://www.facebook.com/YapiKrediWorldAZ internet səhifələrinə, eyni zamanda 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Telefon Mərkəzinə müraciət edə bilərsiniz.