Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahibləri VTB qrupun vahid bankomat şəbəkəsindən güzəştli şərtlərlə istifadə edə bilərlər. Belə ki, VTB (Azərbaycan)ın kart sahibləri VTB Qrupun vahid bankomat şəbəkəsindən pul vəsaitlərini çıxararkən nağdlaşdırma komissiyası 1% təşkil edəcək. Bazarda müvafiq komissiya üzrə orta göstərici 2%-dir.
Bankın kredit kartları üzrə də müvafiq göstərici 1% təşkil edəcək və nağd vəsaitlərin çıxarılması zamanı tutulacaq.
VTB Qrupun vahid bankomat sisteminə Azərbaycan, Rusiya, Gürcüstan və MDB ölkələrində olan 6 000-dən artıq ATM daxildir.
Bank VTB (Azərbaycan) ASC-nin ödəniş kartları üzrə idarə rəisi Ulyana Əlixanova: “VTB qrupun vahid bankomat sistemindən istifadə sərfəli olmaqla yanaşı, həm də çox təhlükəsizdir. Belə ki, bu sistem plastik kart sahiblərinə xarici ölkələrdə səfərdə olarkən elektron pulların etibarlı saxlanmasına təminat verir”.