Xalq Bank və Visa International “Visa imtiyazlar dünyasını kəşf edin!” adlı yeni kampaniya keçirir. Kampaniya çərçivəsində 21.10.2013 - 20.12.2013-cü il tarixlərində Xalq Bankın Visa Gold və Visa Platinum kartını sifariş verən hər bir müştəri MyBrands mağazalar şəbəkəsində alış-veriş üçün üç ədəd 20% endirim kuponlarını əldə edəcəklər. Endirimdən faydalanmaq üçün alış-veriş zamanı ödəniş Visa kartı ilə aparılmalıdır.Xüsusi endirim kuponlarını 15.01.20134-cü il tarixinədək istifadə etmək olar.
Bundan əlavə, qeyd olunan müddət ərzindəMyBrands mağazalar şəbəkəsində Xalq Bankın istənilən Visa kartı, o cümlədən Visa Classic, Visa Gold, Visa Platinum və Visa Electron kartları ilə 120 manatdan yuxarı alış-veriş edən hər bir müştəri 10% endirim və həmçinin Visa kartının növündən asılı olmayaraq kampaniyanın bütün iştirakçıları MYBRANDS STANDART endirim kartı hədiyyə alacaqlar. MYBRANDS STANDART endirim kartı MyBrands mağazalar şəbəkəsinə daxil olan United Colors of Benetton, Sisley, bebe, Accessorize, Tommy Hilfiger, Monsoon, Adidas, Nike, Nine West, Coast və s. kimi brend mağazalarda 5% endirim imkanı verir.
Xalq Bankın Visa Gold, Visa Classic və Visa Electron plastik kartları bankın istənilən filiallarında pulsuz təqdim edilir.