UNİBANKdan məşhur intellektual yarışa dəstək | Banco.az

UNİBANKdan məşhur intellektual yarışa dəstək

Öz fəaliyyətində təhsil layihələrinə, intellektual verilişlərə hər zaman xüsusi diqqət ayıran Unibank, daha bir intellekt yarışına dəstək verir. Gənc nəslin  intellektual inkişafı və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması ideyasını aşılayan, dünyanın ən məşhur intellektual bilik yarışmalarından biri Unibank-ın sponsorluğu ilə Azərbaycan teleməkanında yayımlanır. 30 dəfədən artıq nüfuzlu televiziya mükafatı “Emmi” laureatına layiq görülən, “Jeopardy” verilişinin lokal versiyası olan “61!” intellektual oyunu hər kəsin bankı olan – Unibank-ın dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasında yayımlanmağa başlayıb. (https://www.youtube.com/watch?v=lIMfiAPhknI )   Qaliblərə təqdim olunacaq  pul mükafatlarının maliyyələşdirilməsini öz üzərinə götürən Unibank, iştirakçılara yarışma ərzində  həm maddi,  həm də mənəvi kömək olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Öz maliyyə və xidmət göstəriciləri ilə daim inkişaf yolunda olan Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.