Unibankdan fərqli Novruz kampaniyası | Banco.az

Unibankdan fərqli Novruz kampaniyası

Novruz yenilik, təzəlik deməkdi. Ona görə də Bayramda alış-veriş etmək, sevdiklərinə hədiyyələr almaq hamımızın arzusudur. Elə Unibank da bayramda böyüklü -kiçikli hamının arzusunu reallaşdıran, bahar əhvallı  bir kampaniya ilə bayrama bayram qatıb. Martın 19-dan 22-dək öz Albalı və Albalı Plus kartı ilə alış-veriş edənlərə 1 taksit də Unibankdan hədiyyə olunacaq.

Unibank bayramı xarici ölkələrdə keçirmək istəyənlərə də möhtəşəm bayram həyəcanı yaşadacaq. Albalı Plus kartları ilə alış-veriş zamanı sms taksit xidmətindən əlavə 1 taksit kart sahiblərinə hədiyyə ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Unibank müştərilərinin ehtiyac və arzularını  bir məhsulda -  ALBALI PLUS  kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS  beynəlxaq  kart olmaqla yanaşı, dörd  bank məhsulunu özündə birləşdirir.