Qadın –gözəllik, zəriflik rəmzidir. Qadınlara istədikləri hədiyyəni etmək üçün isə hədiyyə seçimini məhz xanımların özlərinə həvalə etmək ən doğru qərardır. Elə bu səbəbdən, Unibank qadınların bayramını möhtəşəm və unudulmaz etmək məqsədilə 8 marta 8 taksit kampaniyasına başlayır. Martın 7, 8 və 9-u ALBALI PLUS (ALBALI) kartı ilə alış-veriş əsl bayram əhvalı yaradacaq. Kampaniyanın davam etdiyi 3 gün ərzində ALBALI PLUS (ALBALI) kart sahibləri 3 və 6 taksitli alış-verişlərə Unibank-dan əlavə 2 taksit hədiyyə qazanacaqlar. Üstəlik, 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə 1000-dən artıq partnyor mağazada müxtəlif endirim və hədiyyələr ALBALI PLUS (ALBALI) kart sahiblərini gözləyir.
Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.