UNİBANK kartı olanlar üçün 54 000 AZN QAZANMAQ ŞANSI | Banco.az

UNİBANK kartı olanlar üçün 54 000 AZN QAZANMAQ ŞANSI

Unibank-ın  732  müştərisi pul mükafatı qazanacaq. Unibank kartına sahib  müştərilər mayın 3-dən avqustun 31-dək davam edən, “Kredit kartınızla əməliyyat edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının iştirakçısıdır.

Unibank-ın  kredit kartı ilə Azərbaycan və  xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştərilərin, lotereyanın qalibi olmaq şansları var. Ümumi uduş  fondu  54.000  manat  təşkil edən lotereyanın  4 tirajında  732  qalib seçiləcək. Hər tirajın nəticələrinə görə, 150 nəfər  50 AZN, 30 qalib 100 AZN, 3 nəfər isə 1000 AZN pul mükafatı qazanacaq.

Lotereyada  tirajın keçirildiyi aydan əvvəlki ayda  bağlanan  və  bütün aktiv kredit kartları iştirak edəcək. Müştərinin kredit kartı ilə həyata keçirdiyi əməliyyatın hər tam 10 AZN/USD-si  1 şans kimi qiymətləndirilir. Məsələn, müştəri   kredit kartı ilə 127 AZN və ya 127 USD  əməliyyat edərsə, bu zaman  müştəri lotereyada iştirak  üçün 12 şans əldə edir. Qaliblər komissiya tərəfindən xüsusi kompüter proqramı  vasitəsi ilə elektron püşkatma qaydasında həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Hər bir lotereya iştirakçısının öz  eyniləşdirmə nömrəsi olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı.